AZE | RUS | ENG |

Ursula fon der Lyayen Aİ Komissiyasının prezidenti seçilib

Ursula fon der Lyayen Aİ Komissiyasının prezidenti seçilib
Almaniyanın sabiq Müdafiə naziri Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti seçilib. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, xanım Lyayenin namizədliyinə Avropa Parlamenti deputatlarının yarıdan çoxu – 383 nəfər səs verib. Deputatlardan 327-si onun əleyhinə səs verib, bir bülleten isə etibarsız sayılıb.
Aİ Komissiyasının yeni prezidenti noyabrın 1-dən öz vəzifələrinin icrasına başlayacaq. Məhz həmin gün hazırkı prezident Jan-Klod Yunkerin səlahiyyət müddəti başa çatır. Lakin Aİ Komissiyasının yeni başçısı indidən 2019-2024-cü illər üçün Komissiyanın yeni tərkibinin formalaşdırılmasına başlamalıdır. Aİ-yə üzv dövlətlərin hər biri Avropa komissarı postu üçün bir namizəd irəli sürməlidir. Bundan sonra Avropa Parlamenti payız aylarında onların səlahiyyətlərini təsdiq edəcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946